Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 70 nəfərə çatdı

24.03.2020, 20:55
Gürcüstanda koronavirusa yoluxanların sayı 70 nəfərə çatdı

Gürcüstanda koronavirusa daha üç yoluxma halı təsdiqlənib.“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Bununla da koronavirusa yoluxanların sayı 70 nəfərə çatıb. Pasiyentlərin 9-u sağalıb.

Qeyd olunub ki, hazırda karantində 4 055, stasionar nəzarətdə isə 252nəfər saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol