Menu

Bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacaq - Nazirlər Kabineti

24.03.2020, 21:09
Bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacaq - Nazirlər Kabineti

"Mart ayının sonunadək, təqribən bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacaq". "Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

"Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min tibbi maskadır. Son bir ayda Azərbaycanda ən çox tibbi maska satılan gün 200-210 minədəd olub. Odur ki, gündəlik 200 min tibbi maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var", deyə İ. Məmmədov bildirib.

Şərhlər

Nahid 2020-03-25 14:15:10

Bəs xammalı haradan alacaq? Axı pambığımızdan marli istehsal edən fabrikalarımız dağıdılıb.AL EDƏ BİLMİRİK6a

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol