Menu

İspaniyada bir gündə koronavirusdan 514 nəfər öldü

24.03.2020, 22:20
İspaniyada bir gündə koronavirusdan 514 nəfər öldü

İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan dünyasını dəyişib.Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, İspaniyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 40 minə yaxınlaşıb.

Martın 24-nə olan məlumata görə, 39,673 nəfərdə koronavirus aşkar edilib. Virus yayılmağa başlayandan İspaniyada 2696 nəfər ölüb, onlardan 514 nəfəri son 24 saatda həyatlarını itirib.

2 600 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, 3 800 nəfər isə xəstəlikdən sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol