Menu

“Pay torpaqları” ilə bağlı mühüm qərar

25.03.2020, 10:06
“Pay torpaqları” ilə bağlı mühüm qərar

Azərbaycanda istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən dövriyyəyə qaytarılacaq.

Modern.az xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarmaq, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadə etmək üçün təsirli tədbirlər görmək öhdəliyi götürüb.

Şərhlər

t.ədalət 2020-03-25 11:42:54

Gəlir yerləri azaldığına görə qanunları öz xeyirlərinə "fırladıb" yeni torpaqlar ələ keçirməyə çalışan harınlar indi də kəndlilərin miyanə dolanışıq yeri olan "pay torpaq"lara cumuşurlar.Bu da ehtiyac içərisində yaşayanların son ümidini qırmaq üçün atılan xain addımdır.Allah zalımların cəzasını versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol