"AXIR Kİ, ERMƏNİSTANLA TƏK QALDIQ..." – Sabiq nazirdən sensasion təklif

"Axır ki, tək qaldıq - Ermənistan, Azərbaycan və koronavirus. Bir həftə öncə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, regionda yeganə dəstək strukturuna rəhbərlik edən Kasprşik özünü prosesdən kənarlaşdırdı. KTMT, NATO, AB və MDB ölkələri sərhədləri bağlayıb, bütün ünsiyyətləri bir-biri ilə dayandırdı..."

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib. O bildirib ki, Amerika maliyyə ekspertləri koronavirus səbəbindən iqtisadiyyatın 30 faiz azalacağını güman edirlər:

"Nə demək istəyirəm? Cavab sadədir. Pandemiyadan əvvəlki bildiyimiz beynəlxalq münasibətlər sistemi çökdü. Böhran bitdikdən sonra hər şeyin əvvəlki kimi olacağına inam yoxdur. Buna görə reallıq odur ki, Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətə təsir edən iki oyunçu var: Ermənistan və Azərbaycan.

Düşünürəm ki, bir, ya iki həftədən sonra Azərbaycan Ermənistana bu sualı verə bilər: Qoşunlarınızı işğal olunmuş Azərbaycan torpaqlarından neçə günə çıxarırsınız?” /axar.az

635x100

Şərhlər

Tahir 2020-03-27 05:22:57

Adalete: Moldovada Bassarabiya ne demekdir?

Rövşən 2020-03-27 00:39:07

Əgər döyüşlər olmayacaqsa, biz yaşlı müharibə veteranları özümüzü koronovirusa bulaşdırıb, gedib Ermanistanı bu xəstəliklə məhv etməyə hazırıq.

Hafiz 2020-03-26 15:48:27

t.ədalət-ə: Hər bir şeyə qulp qoymayın. Qoy siyasətlə siyasətçilər məşğul olsunlar.

Tac Virusu 2020-03-25 17:05:48

Daşnağ 14.06.88dən Az-ı işğal edib və vəzifəli Az hələ də buna susur?

BMT, MDB və az. vətənd 2020-03-25 16:26:12

BMT Az-a bir daha öz hüququnu qaytarma qətnaməsi verib! Susan kim?

Elli 2020-03-25 14:19:14

erməni torpaqlardan öz xoşuna çıxacaqmı Tofiq müəllim? mən buna inanmıram qətiyyən.

Cahangir 2020-03-25 13:45:11

Ay Tofiq müəllim.bu iqtidar bu sualı vermək istəyəcəkmi?

Baş DAYI LAVROV 2016 2020-03-25 13:23:19

Qərb Kremlin şərtilə razılaşsa DQMV BMT üzrə çoxdan həll olardı?

2+2=4 2020-03-25 12:49:15

t.ədalət:...keçmiş baş nazir nə danışdığını çox gözəl bilir, onun açıq mətnlə demədiyi ilə isə aşağıdakı linkdə tanış ola bilərsən: https://www.youtube.com/watch?v=V7I4D6lZrxw

t.ədalət 2020-03-25 11:38:07

Son vaxtlar Azərbaycan mətbuatında ərazilərimizi işğal edən Rusiyanın adı gizlədilir,sanki hər şeyin ermənilər tərəfindən törədildiyi qabardılır.Bu da ondan irəli gəlir ki,dünya müstəmləkəçiliklə məşğul olan,sivil insanların qətlini törədən Rusiyaya qarşı mübarizədədir.Milli və etnik bulaşığı olan,Rusiya tərəfindən yönəldilən təhlükəli adamlar(*onlar özləri və övladları fərarilik etmişlərdir) Rusiyanı təmizə çıxarmaq,onun irticaçılıq siyasətini kölgələmək istəyirlər.Bu,həm də işğal altında olan torpaqların azad edilməsinə mane olan bir tendensiyadır.Allah zalımlartın cəzasını versin!Anası,arvadı və digər qohumları erməni olanlara lənət!

t.ədalət 2020-03-25 11:06:03

Keçmiş xarici işlər nazirinin hələ də torpaqların işğal olunmasında ermənistanı suçlaması təəssüf hissi oyadır.Ya,bu adam vəziyyəti düzgün araşdıra bilmir,ya da Rusiyanın adının gizli qalmasına çalışır.Dağlıq Qarabağın işğalı Rusiyanın regionu işğal altında saxlamaq planıdır.Moldovada Bassarabiya,Gürcüstanda Abxaziya,Ukraynada Kırım ,Luqansk,Donbas və s.hamısı Rusiyanın imperiya planlarının qurbanıdır.Koranavirusun Rusiyanın işğalçılıq siyasətinə təsir edəcəyini düşünmək əbləhlik qədər iyrəncdir.

Son yazılar