Marneuli və Bolnisidə 20 mindən çox insan koronavirus şübhəsi ilə müayinə edilib

“Marneuli və Bolnisi bələdiyyələrindəki xüsusi qruplar 20 mindən çox insanı yoxlayıb və cəmi 25 nəfərdə yüksək bədən temperaturu olduğu müəyyən edilib”.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə yoxlanılan şəxslərdən cəmi ikisinin vəziyyətinin diqqətdə saxlanılmasına ehtiyac görülüb.

“Bilirsiniz ki, hər iki rayonla da bəzi yoxlamalar aparmağa başlamışıq. Yerli hökumət nümayəndələri və tibb işçilərindən ibarət xüsusi qruplar artıq 20 mindən çox insana baş çəkib, anketlər aparıb, bədən hərarətini yoxlayıb və digər protokol işlərini həyata keçiriblər. Bu müddətdə cəmi 25 nəfərin qızdırması olduğu müəyyən edilib, onlardan isə ikisinin vəziyyətinin diqqətdə saxlanılmalı olduğu bildirilib. Həmin şəxslər müvafiq olaraq Marneulidə xəstəxanaya yerləşdiriliblər", - deyə Çikovani bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar