"2914 nəfər karantin zonalarına yerləşdirilib" - Operativ Qərargah

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

"AzPolitika"nın xəbərinə görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda əksini tapıb.

Onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

635x100

Şərhlər

Ibad 2020-03-25 18:53:24

AZAL deyir 9000 adam getirmiwem olkeye,operativ qerergah deyir 2914 nefer karantindedi.Sual yaranir bes yerde qalan texmini 6000 nefer hani?Niye olar karantine salinmayib?

Son yazılar