Koronavirus pandemiyası müsəlmanların Almaniyadakı həyatına öz töhvəsini bəxş edib. Ölkədə ilk dəfə olaraq minarədən müəzzinin ibadətə çağırışı səslənib.
İndiyə qədər minarədən çağıış yaxınlıqda yaşayan vətəndaşara mane olmasın deyə, qadağan edilmişdi. Amma Duysburq şəhərinin müsəlman icması bu icazənin alınmasını lobbiləşdirib. İstəyini belə motivləşdirib ki, karantin səbəbilə, məscidlərdə ibadətə qalağa qoyulub.
Qr-online.de portalının yazdığına görə, indi hər gün saat 19:00-da Varbyürkştrassedəki Mərkəz məscidindən namaza dəvət səslənir. Bölgəsel Türkiyə İslam Dini Müəssisələri Ittifaqının sədri Gülya Ceylan bu hadisəni «xoş addım» adladırıb.
“Biz, fövqəladə vəziyyətdəyik. Müsəlmanlar məcidə gedə bimirlər, biz bir yerdə ibadət edə bilmirik. Biz müsəlman cəmiyyətinə güc, mənəviyyat və kofort vemək isiəyirik. Bir çox müsəlmanlar ona görə təşəkkür edirlər ki, belə çətin vaxtda bu mənəvi hissləri yaşaya bildilər” - Ceylan bəyan edib.
Təşəbbüs digər federal torpaqlarda da tez yayılır. Artıq məlumdur ki, Hannover məscidinin minarəsindən də müzzinin ibadətə çağırışı səslənir.
Xəbər verilir ki, Almaniya Müsəlmanları Mərkəzi Şurası ARD Telekanalının və «Deutschlandfunk» radiosunun rəhərliyinə müraciət edib. Bildirib ki, koronavirusa görə, məscidlərin bağlanmasına yönəlik kompensasiya qismində türk və ərəb dillərində müsəlman ibadətinin yayımlanmasına başlamaq istəyirlər.
AzPolitika.info


Şərhlər