Menu

Sabahdan koronavirus xəstələri "Yeni klinika"ya yerləşdiriləcək

28.03.2020, 17:18
Sabahdan koronavirus xəstələri "Yeni klinika"ya yerləşdiriləcək

Müvəqqəti olaraq sabahdan etibarən "Yeni klinika" tibb müəssisəsində koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar.

"Report" xəbər verir ki, bu barədə bu gün "Yeni klinika" tibb müəssisəsinin açılışında bildirilib.

Bildirilib ki, tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

Şərhlər

t.ədalət 2020-03-28 18:45:51

Bu yeni klinika harda yerləşir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol