Menu

Hökumətdən günəmuzd işləyənlərlə bağlı açıqlama

28.03.2020, 23:28
Hökumətdən günəmuzd işləyənlərlə bağlı açıqlama

Yeni tip koronavirus (COVID-19) pandemiyasının yaratdığı durumla əlaqədar Azərbaycanda yeni sosial paket təsdiqlənəcək.

"AzPolitika" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, pensiyada olanlar, yaranmış vəziyyətlə bağlı işdən və təhsildən azad edilən insanlar evdə otursalar, günəmuzd işlə məşğul olan insanların işləməsinə rahat şərait yaratmış olarlar:

"Amma onlar bunu etmirlər. Ona görə də dövlət məcbur olur ki, daha çox qaydaları sərtləşdirsin. Mümkündür ki, bu, gündəlik işlə məşğul olub ailəsinə ruzi aparan insanların da haradasa hərəkətlərini məhdudlaşdırır. Amma onu da qeyd edim ki, dövlət onları nəzərə alır. Çox tezliklə, yəqin ki, aprelin ilk günlərində hökumət həm fiziki, həm hüquqi şəxslər, həm də sosial müdafiəyə ehtiyacı olan qrupların sosial müdafiəsi ilə bağlı təklifləri qəbul edərək təsdiqləyəcək ”.

Şərhlər

Kamil 2020-03-29 12:35:20

Bu adam nağıl danışır.İnsanın hər güç qayğıya,təminata ehtiyaçı var.Bunu hökumət öncədən anlamalı və zamanında ölçü götürməli idi.Yoxsa gözlə apre olsun,nə bilim kim necə tullansın və sairə ilə insanları dolandırmaq cinayətə bərabər bir haldır.k

Bashirov Qarib 2020-03-29 00:28:26

İbrahim Memmedovun metbuat katibi kimi chixish etmesi soylediklerinin hec bir etimadi yoxdur...Operativ məlumatları daha sanballı şəxsin verməsi daha yaxşı olardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol