Menu

ABŞ-da koronavirusdan ilk körpə ölümü qeydə alınıb

29.03.2020, 10:43
ABŞ-da koronavirusdan ilk körpə ölümü qeydə alınıb

ABŞ-ın Çikaqo şəhərində koronavirusa yoluxan 1 yaşı tamam olmamış körpə ölüb.

APA-nın TASS-a istinadla xəbərinə görə, indiyədək ABŞ-da koronavirusdan ölənlərin arasında körpə ölümü olmayıb və bu, ilk belə haldır. İllinoys ştatının Səhiyyə Departamentinin məlumatında qeyd olunur ki, hazırda körpənin ölüm səbəbi dərindən araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol