Menu

"Biz iki virusa qarşı mübarizə aparırıq" - Ziyafət Əsgərov

30.03.2020, 12:40
"Biz iki virusa qarşı mübarizə aparırıq" - Ziyafət Əsgərov

“Milli təhlükəsizlik millətin genefondu məsələsidir. Mən bu virusu bəşəriyyətə qarşı müharibə hesab edirəm. Artıq BMT-nin üzvü olan bütün dövlətlərdə bu virus var. Bu virusu pronozlaşdırmaq mümkün deyil. Artıq bir çox dövlətlər bu virusa qarşı mübarizəyə başlayıblar”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O xatırladıb ki, Azərbaycanda ildə 4 dəfə həqiqi hərbi xidmətə çağırış olur:

"Hazırdakı vəziyyət belədir ki, apreldə olan çağırış mayın 31-nə qədər uzadılır. Biz bu virusu hərbi hissələrə daşıya bilmərik. Əgər bu virus hərbi hissələrə keçsə bunun qarşının ala bilmərik. Biz iki virusa qarşı mübarizə aparırıq. Həm ermənilərə, həm də COVİD-19-a qarşı. Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər. Dəmir nizam-intizam olmasa pis olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol