İnsanları evdə qalmağa səsləyən sosial videoçarx təqdim edildi - VİDEO

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə insanları evdə qalmağa səsləyən sosial videoçarx təqdim edilib.

Sosial çarx Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti tərəfindən hazırlanaraq təqdim olunub.

Videoçarxda insanların sağlam qalmaları üçün infeksiyanın qarşısının alınması istiqamətindı çalışan kommunal strukturların əməkdaşlarının xidmətləri yer alıb və onların yollarını gözləyənlər üçün hər bir şəxsin məsuliyyətini dərk edərək evdə qalmaları tövsiyə olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Bununla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət aprelin 20-si saat 00:00-dək dayandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar