Azərbaycanda elmi dərəcələr və adların verilməsi ilə bağlı şikayət proseduru müəyyənləşir

Elmi dərəcələr və elmi adlar verilməsi ilə bağlı şikayət verilməsi proseduru müəyyənləşir.

APA-nın məlumatına görə, bu, “İnzibati icraat haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Beləliklə, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalent-liyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına veriləcək.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar