"Kimsə hansısa tanışlara, qohumlara, vəzifədə olan dostlara arxalanırsa..." - Prezident

"Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbrli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevİqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb, ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu artıq öz gündəliyindən çıxarıb: "Ancaq elə sahibkarlar var ki, hələ də hesab edirlər ki, bunlar köhnə qayda ilə işləyəcəklər. Onlara mən birmənalı demək istəyirəm ki, bu keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, yaxud da qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır. Özləri də cəzalandırılacaqlar, onlara himəyadarlıq edən də cəzalandırılacaq".

Prezident vurğulayıb ki, heç kimə güzəşt yoxdur: "Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırıqlarımı eşidir və görür ki, istisnasız olaraq bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək. Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını davam etdirəcək". 

635x100

Şərhlər

S.Ənvərqızı 2020-03-31 18:30:37

Hörmətli cənab Prezident, ünvanınıza çoxsaylı müraciətlər etməyimə baxmayaraq heç bir müsbət nəticə verməmişdir ? PA -dan məktubuma heç cavab ala bilməmişəm və müraciətlərim araşdırılaraq qanuni tədbirlər görülməmişdir... Siz gecə-gündüz xalqımızın rifahı üçün çalışmağınıza baxmayaraq, məmurlar sizin tapşırıqlarınıza əməl etmirlər, əməl etseydilər ünvanınıza çoxsaylı müraciətlər etməyimə ehtiyac olmazdı ? Axırıncı dəfə ünvanınıza 10.03.2020 - ci ildə elektron poçt (@pa.gov.az) vasitəsilə ünvanınıza müraciət etmişəm...

Habil 2020-03-31 18:00:02

Düzgün qərardır. Adamı krışası qohumu olmayanlara da imkan vermək lazım ki nəsə edə bilsin. İmkan kredit icazə ancaq müəyyən qrupdan komandadan regiyondan olanlara verilir. Qalan əhali isə sanki başqa bir planetdən gəlib.

Son yazılar