BMT inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını açıqladı

İnkişaf etməkdə olan ölkələrin koronavirusun (COVİD-19) səbəb olduğu iqtisadi böhranla mübarizə aparması üçün 2,5 trilyon ABŞ dolları dəyərində dəstək paketinə ehtiyac var.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransı (UNCTAD) hesabatında açıqlayıb.

Hesabata görə, analoji ölkələrə 1 trilyon ABŞ dollarlıq likvidlik vermək, 1 trilyon ABŞ dollarlıq borcunu silmək və səhiyyə xidmətinin yaxşılaşdırılması üçün 500 milyard ABŞ dollarlıq yardım paketini özündə birləşdirən "Marshall Planı" hazırlamaq lazımdır.

"G20 liderləri qlobal həmrəylik göstərib, öhdəliklərinə sadiq qalaraq, G20-yə daxil olmayan iqtisadiyyatlarda yaşayan 6 milyard insan üçün mütənasib tədbirlər görməlidir", - UNCTAD direktoru Riçard Kozul-Vrayt açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar