BU DA KORONAVİRUSLA BAĞLI YARDIM PROQRAMI - Baza sənədi

Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.

İqtisadiyyat Nazirliyindən mətbuata verilən  məlumata görə, bu sənədlərin mahiyyəti 31.03.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə edilib. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədi ictimaiyyətə təqdim edir.

MÜNDƏRİCAT

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə).

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə).

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat).

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat).

Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı.

İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı.

Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı.

Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı.

1. Pandemiyadan zərər çəkmiş sahələrdə 304 min muzdlu işçilərin əmək haqlarının odənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə):


Fəaliyyət sahəsi İşçi sayı, min nəfər
Cəmi:           304,6
Sənaye                                                      78,8
Ticarət           106,4
Xidmət            87
Nəqliyyat           7,8
Digər           24,6

Qeyd:Bu sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur.


2. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə):


BölgüVergi ödəyicisin sayı
İşçi sayı, min nəfər

Fərdi sahibkarlar              248,5                               53,7
Digər mikro sahibkarlar43,9    3,3
CƏMİ292,4

    57,0

3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı:

Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi.
Müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar.
Vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar.
İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi.
Bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi.
Güzəştlər veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi; 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması.
Vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması.
Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi).
Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi.
Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması.
Epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması.


4. Papandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat):

• Yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi. 

• Kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olması.

Yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi.

Kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olması.

Zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılması.

Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması.


5. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat): 

• Dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq).

Dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq).

Bunun üçün xüsusi vəsaitin ayrılması.

Subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi.


6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket:

Sosial yardım (işsizlik müavinəti, sosial yardım və s.) üçün vəsaitlərin ayrılması.


7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı:

  • Xüsusi vəsaitlərin ayrılması.

  • 8. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı:
  • Əlavə vəsaitlərin ayrılması.

  • 9. Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı:
  • Əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması.

  • 10. Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı:
  • Xüsusi vəsaitlərin ayrılması
  • 635x100

    Şərhlər

    Qara 2020-04-04 10:27:23

    MARKETLƏRDƏ MAQAZİNLƏRDƏ QİYMƏT ÇOX SÜRƏTLƏ QALXIR. HEÇ NƏ ALMAQ MÜMKÜN DEYİL. BU QƏDƏR KƏMFÜRSƏT OLMAQ HANDI NİFRƏTDƏN ƏMƏLƏ GƏLİR?

    Eldar 2020-04-03 10:52:54

    Yəqin neft fondunda və başqa dondlarda pul yoxdur. Ola bilər ki, Onun da dalına keçiblər. Çünki bu qədəe ehtiyat olsa idi belə bir çətin vəziyyətdə insanlarə köməksiz qoymazdırlar.

    Ramil 2020-04-01 19:20:20

    Bu da növbəti hekayə,İzahatsız,rəqəmsiz! Nağıllarda olduğu kimi.Get ora.bilmiBunlar niyə bu qədər savadsız və anlaqsızdırlar?rəm hara.gətir onu.bilmirm nəyi.

    Bashirov Qarib 2020-04-01 17:37:08

    Saki, hokumət çoxdan imiş ki, məqam gozləyirmiş ki, xalqı diz çokdursun, məhv etsin. Hökumət gorən niyə bu qərara gəliblər. İnsanlar gundəlik 10-15 man fəhləliklə pul qazanıb çorək alırdılar. Hansı vergidən danışır bunlar? Vergi verən zatən yaxşı yaşayanlardır.Bolgələrdə aclıq başlayıb, umidləri çıxardıgınız qərarlara idi.Bilmirsinizmi, butun hotellər, iri muəssələr məmurlarındır? Nə tez onların qaygısına qalırsınız? Bəs balası evində aglayan KİŞİLƏR nə etsin?

    men hec ne basha dushmedim 2020-04-01 16:15:58

    duz deyil

    t.ədalət 2020-04-01 15:51:57

    ....Vaxtında virusa görə ödənilməli olan pulu vermək lazımdır.Yuxarıda deyilənlər Napoleonun yazdırdığı Konstitusiya sənədinə oxşayır.Hər şey var,hər şey yoxdur.Ezop dilində yazılmış əsərlərə oxşayır.

    t.ədalət 2020-04-01 15:38:21

    Əsalində heç kimə heç nə.

    Sahib 2020-04-01 14:26:19

    Oxudum mənə çatmadı. Bəlkə düz başa düşmədim. Ancaq mən belə başa düşdüm ki, konkret Maaş almıyana, əmək müqaviləsi olmayana heç nə verilmir ki vergi vermir. Onda o məmurlar milyardlarla gəliri evi obyektləi kapitalı vergi verərək qazanıblar? İkincisi dı ki, vətənimizin milli sərvəti uzun illərdir MİLYARDLAR gəlir gətirir. Milli sərvət də olmasa da hər bir vətəndaşın orada payı var. Onda ehtiyyat fondundakı pullar kim üçün nə üçündür. Bu gün ölüm qalım bir vaxtda insanların yaşamaq uğrunda mübarizə apardığı bir vaxtda bu puldan (40-50 milyadır deyilənə görə) maddi dəstək verilmirsə onda bu pul nəyə lazımdır. Yəqin imkan düşən kimi onu da birtəhər bölüşdürüb yox edəcəklər

    Kamil Hamidov 2020-04-01 14:14:43

    Bes Vetendas sosial pakertin ona hansi istiqamet uzre ne qeder ayrildigi barede internet uzerinden ne qeder ayrildigini nece oyrene biler?

    Son yazılar