Menu

Fransada koronavirus qurbanlarının sayı 4 min nəfəri ötdü

01.04.2020, 22:53
Fransada koronavirus qurbanlarının sayı 4 min nəfəri ötdü

Fransa xəstəxanalarında son 24 saat ərzində 509 nəfər koronavirusdandünyasını dəyişib. “Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ümumilikdə ölkədə 4 032 nəfər koronavirusun qurbanı olub.

Onun sözlərinə görə, 24 000 nəfərə COVID-19 diaqnozu qoyulub, 6 017pasiyent reanimasiyada müalicə olunur.

Jerom Salomonun sözlərinə görə, reanimasiyada müalicə alanların 80 nəfərinin yaşı 30-dan azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol