“Biz 5 min insanı karantinə toplayıb, ərzaqla təmin etməyə hazırlaşmamışdıq”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, imkan daxilində bütün addımlar atılır: “Bu, böyük vəsait, əziyyət tələb edir. Karantin istirahət mərkəzi deyil, əsas məqsəd insanlarımızın sağlamlığını qorumaqdır. Sərhədləri açıb, bütün insanları ölkəyə buraxmaq əhalinin sağlamlığı üçün təhlükəlidir”.


Şərhlər
insanlara münasibətinizi açıq nümayiş etdirməyə ehtiyac yoxdur, onsuzda bilirik.
Bu nə qəribə açıqlamadır?Necə yəni butun insanlarımızı qəbul edə bilmərik?Karantində olana nə qədər vəsait lazımdır ki, hökumət bundan qorxur. Bu insanlar məntiq deyilən bir anlayışdan xəbərləri yoxdur. Sərhədi keçmək istəyənlər ölkə vətəndaşıdır,bəs onlar harada qalsın?