Menu

Ötən il 238 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salınıb

02.04.2020, 16:38
Ötən il 238 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salınıb

2019-cu ildə 238 xarici ölkə vətəndaşının adı Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiklərinə görə “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, daxil olmuş müvafiq müraciət və məlumatlar əsasında 2014-2019-cu illər ərzində 54 şəxsin adı sözügedən siyahıdan çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol