2018-ci ildə Gəncədə baş verən hadisələrə görə həbs olunmuş Aydın Rüstəmov, İsa Məhərrəmzadə və Hüseyn Bayramov dünən, aprelin 1-də azadlığa buraxılıblar.
“AzPolitika.info” xəbər verir ki, bu barədə A.Rüstəmovun yaxınları məlumat verib. Məlumata görə, hər üç şəxs həbs müddətinin bitməsindən əvvəl azadlığa buraxılıb: «Aydının, İsanın və Hüseynin həbs müddətinin bitməsinə 3 ay qalmışdı. Cəzaçəkmə müəssisəsində məhkəmə keçirildi və onların azadlığa buraxılması ilə bağlı qərar qəbul olundu. Koronavirus xəstəliyinə görə cəza müddətin bitməsinə 3 ay qalmış şəxsləri azadlığa buraxırlar. Onları da elə bu qaydaya görə buraxdılar».
Bundan əvvəl, Azərbaycanda martın axırında həbsxanalardan 200 məhbusun məhkəmə qərarı ilə vaxtından əvvəl azadlığa buraxıldığı açıqlanıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, onların işlərinə növbətçi hakimlər təxirəsalınmaz qaydada baxıb.
“AzPolitika.info”


Şərhlər