Menu

Ermənistanda koronavirus qurbanlarının sayı artdı

02.04.2020, 22:36
Ermənistanda koronavirus qurbanlarının sayı artdı

Ermənistanda gün ərzində COVID-19-dan ikinci ölüm qeydə alınıb. “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

O, qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı altı nəfərə çatıb.

Nazirlik rəsmisinin sözlərinə görə, ölüm "Nork" kliniki yoluxucu xəstəxanasında qeydə alınıb. Ölən şəxs 78 yaşlı pasiyentdir.

Ölən qadında xroniki xəstəliklər, o cümlədən şəkərli diabet, arterial hipertoniya mövcud olub. "O, Ermənistan vətəndaşı deyildi", - mətbuat katibi bildirib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol