Menu

İngiltərə Premyer Liqası barədə qərar verildi - RƏSMİ

03.04.2020, 19:06
İngiltərə Premyer Liqası barədə qərar verildi - RƏSMİ

Koronavirus pandemiyasına görə İngiltərə Premyer Liqasındakı fasilənin müddəti uzadılıb.

"Report"un məlumatına görə, bu barədə çempionatın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, oyunlar qeyri-müəyyən müddətədək təxirə salınıb. Həmçinin ölkədə virusla bağlı vəziyyət düzəlməyənə qədər oyunların keçirilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol