Qrandmart MMC tərkibindəki bütün marketlərdə ehtiyacı olanlar üçün çörək pulsuzdur. Bu barədə Axar.az-a MMC-nin mağazalar şəbəkəsinin satış müdiri Əli Kazım deyib.
O bildirib ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar işsiz qalan vətəndaşlara kömək məqsədiylə şirkət tərkibində fəaliyyət göstərən “Qrandmart”, “Fresko”, “Səbət”, “Avromart” marketlərində ehtiyacı olan vətəndaşlara çörəyi pulsuz verməyə başlayıb.


Şərhlər
Marketlərdə qiymətlər qalxıb. Ona nəzarət etmək lazımdır. Onsuz da çətin vəziyyətdə olan millətə bununla daha da pis vəziyyətə salmaq ən azı insanlıqdan uzaq bir işdir.
"Ehtiyacı olanlara" sözü təhqirdir.Ya hamıya pulsuz verin,ya da "findiqruş" sdözlərlə camaatın üzərinə minnət qoymayın.