BAŞ NAZİR TƏDBİRLƏR PLANINI TƏSDİQLƏDİ - İşçilərə, sahibkarlara, işsizlərə, tələbələrə veriləcək vəsaitlər və ediləcək güzəştlər...

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edib.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçı orqan və qurumlar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etmək və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat vermək tapşrılıb.

İmzalandığı gündən qüvvəyə minən Sərəncamda Pandemiyadan zərər çəkənlərə veriləcək kompensasiyalar, ediləcək güzəştlər əks olunub. Belə ki:

Muzdlu işçilərə 215 milyon manat kompensasiya ayrılıb

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) ayrılan kompensasiyanın məbləği məlum olub.

Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün kompensasiya qismində 300 min nəfərə 215 milyon manat vəsait ayrılıb. Bu sahədə icraçı qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi müəyyənləşdirilib.

300 min fərdi (mikro) sahibkara dəstək üçün  80 milyon manat vəsait ayrılacaq


Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün ayrılan kompensasiyanın məbləği açıqlanıb.

Bu barədə məlumat Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nında öz əksini tapıb.

Qeyd olunub ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) üçün vəsait ayrılacaq.

Belə ki, pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara da 80 milyon manat dəstək nəzərdə tutulur. Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərinin və tətillərinin ümümi məbləği 115 milyon manat təşkil edir

Buraya əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir.

İşsiz kimi qeydiyyata alınan şəxslərə 190 manat birdəfəlik ödəmə veriləcək

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində - 190 manat birdəfəlik ödəmə veriləcək.

Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, bu, 200 min nəfəri əhatə edəcək. Bu məqsədlə 70 milyon manat (2 aylıq - aprel və may ayları) vəsait ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu tədbirin icrasını təmin etməlidir.

50 min ictimai iş yeri yaradılacaq

Bu ilin aprel-may aylarında Azərbaycanda 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Məqsəd işsiz vətəndaşların müvəqqəti məşğulluğunun təmin edilməsidir. Bunun üçün 30 milyon manat ayrılıb.

Başqa sözlə, hər ictimai işə görə ayda 300 manat əmək haqqı veriləcək.

Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək. 


Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq

Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq. Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, bu məqsədlə 10 milyon manat ayrılıb. İqtisadiyyat və Maliyyə nazirlikləri bu tədbirin icrasını təmin etməlidir.

Banklar və sığorta şirkətləri haqq ödəməyəcəklər

Bu ay Azərbaycanda banklar və sığorta şirkətləri maliyyə bazarlarına nəzarət orqanına (Azərbaycan Mərkəzi Bankı) haqq ödəməyəcəklər.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Məqsəd pandemiyanın mənfi təsir etdiyi maliyyə sektoruna əlavə dəstək verməkdir.

Kasıb tələbələrin builki təhsil haqqını dövlət ödəyəcək

Bu il Azərbaycanda sosial sığorta haqlarının azalması şəraitində kəsirinin bağlanması və əhaliyə sosial ödənişlərin (pensiya və müavinətlər) davamlılığının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatının istifadə olunması nəzərdə tutulub.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Planda həmçinin ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə (şəxslərə) yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılması nəzərdə tutulub. 

Azərbaycan İnkişaf Korporasiyası yaradılacaq

Azərbaycanın tikinti sektorunda strateji layihələrin işlənməsi və həyaa keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyasının yaradılması nəzərdə tutulub.


Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Sənəddə deyilir ki, həmin məsələnin reallaşdırılıması və korporasiya tərəfindən aşağıdakı fəaliyyətin həyata keçirilməsinə dair təkliflər hazırlanmalıdır:

- strateji layihələr portfelinin uzunmüddətli idarə olunması, yeni layihələrin işlənməsi;

- bu layihələrin maliyyələşməsinə investorların cəlb edilməsi;

- dövlət tərəfindən yeni tikinti layihələri üçün yerlərin ayrılması və zəruri infrastrukturun yaradılması;

- multi-funksional tikintini təmin edən pilot layihənin həyata keçirilməsi.

635x100

Şərhlər

Varli 2020-04-09 22:51:24

Özünüzə qalsın...

Eko-ya 2020-04-09 20:39:19

işləməyən halda kommunal xərcləri insanlar necə ödəsin.Belə hallarda dövlət vətəndaşını müdafiə etməli,heç olmasa kommunal xərclərdən (işıq.qaz.su, və s.)azad etməlidir....

Kamil 2020-04-09 20:35:19

yarışçıq tədbirlər planı.Konkretlikdən uzaq,qeyri müəyyənsöz yığını.

Azər 2020-04-07 13:23:40

Gözlə... yaz gələr....Bunlardan kömək umanın ağlı olduğu şübhəli deyilmi?.... Baxın bir digər ölkələrin gördüklərinə! Bunlar hələ bitdənirlər.ıt

letif 2020-04-06 11:26:40

50.min kart paylanacaq

letif 2020-04-05 12:01:11

onsuzda derc etmirsiniz

letif 2020-04-05 10:30:19

issizler idaresinde qeydiyyatda olmayan emek muqavilesi iolmyan minlerle usaqli aileler ne etsinler..

eko 2020-04-05 06:10:27

Ishiq qaz limitini aradan qôtûrmek lazimdi !!! qiraqa qaz satiriq , ehaliye limitnen veririk , bu ne demekdi ? buyabrciliq

Miri 2020-04-04 23:25:08

yoxsullara heç nə vermiyəcəklər.

kasıb 2020-04-04 23:18:31

fırladırlar fırfıra kimi. Fələk də baş aça bilməz ki nə fırladırlar

Son yazılar