Menu

200 min işsizə aprel və may aylarında 190 manat birdəfəlik ödəmə veriləcək

04.04.2020, 21:46
200 min işsizə aprel və may aylarında 190 manat birdəfəlik ödəmə veriləcək

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə veriləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, bu, 200 min nəfəri əhatə edəcək. Bu məqsədlə 70 milyon manat (2 aylıq - aprel və may ayları) vəsait ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu tədbirin icrasını təmin etməlidir.

Şərhlər

Zeynalov Mahir 2020-04-05 18:12:04

Samux ray. Qiyaslı k. Heç bir yerdə işləmirəm pensiyə almıram 57 yaşım var ailədə 6 nəfərik. Bu vəziyətdə çölə çıxmasa gərək etməsəm ailəni necə dolandırır. Mənim kimi yüzlərlə insanlar var Dövlətim bizi də nəzərdə saxlayar yəqin. Bizim dövlət başçımız hər bir vətandaşın sosial durumunu anlıyır və yardım edir. Bu vəziyyətdədi nəzərə alacağına əminəm.

Zeynalov Mahir 2020-04-05 13:55:06

İşləmirəm pensiyə almıram karantində olduğumuzdan bir yerə çıxıb bir işlə məşğul olub pul qazana bilmirəm. Mən necə edəjəm ailədə 6 nəfərik bir tək qızım işləyir onunda uşağı var. Özünü dolandırır. Dövlətim mənədə yardım edə bilərmi?

Zeynalov Mahir 2020-04-05 13:55:05

İşləmirəm pensiyə almıram karantində olduğumuzdan bir yerə çıxıb bir işlə məşğul olub pul qazana bilmirəm. Mən necə edəjəm ailədə 6 nəfərik bir tək qızım işləyir onunda uşağı var. Özünü dolandırır. Dövlətim mənədə yardım edə bilərmi?

Arzu Qarayev 2020-04-05 12:38:53

Bunu havaxdan verilecey hecar iwlemir ax.Men iwzilikde qeydiyatdan gecmiwem indi mene duwecey

qocayev nail 2020-04-05 00:48:15

burda yazilib işsizlik idaresinde qeydiyatda olanlar yaxşi biz qeydiyatda deyilik amma gedib evlerde fehle işleyirik bizim onda axrimiz nolacaq bele çixir onda bizlere heçne düşmeyecek bu nece olan şeydi

Arzu Qarayev 2020-04-04 23:36:39

Iwlemirem kirede qalam neyle dolanim

t.ədalət 2020-04-04 21:56:28

Sahil Babayevə tapşırılan işin nəticəsi bəlli olmaz.Bu adam ordudan yayınıb,əlinə silah götürüb ermənilərə qarşı döyüşməyib....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol