İtaliyada koronavirus qurbanlarının sayı 15,8 min nəfəri ötdü

İtaliyada son sutka ərzində daha 525 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borelli bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 15 887 nəfərə çatıb.

Bu, son vaxtlar ölkədə pandemiyadan ölənlərlə bağlı qeydə alınan ikinci ən yüksək göstəricidir. Son dəfə 2 həftə əvvəl İtaliyada bir gündə 600 nəfər koronavirusun qurbanı olub.

Hazırda İtaliyada 91 246 nəfər koronavirus daşıyıcısı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar