İNGİLTƏRƏ KƏŞFİYYATI KORONAVİRUSUN ƏSL MƏNBƏYİNİ GÖSTƏRDİ - Çin etiraz edir

Bütün dünyanı silkələyən koronavirus pandemiyasının mənbəyi ilə bağlı mübahisələr davam edir. “AzPolitika.info” xəbər verir ki, İngiltərə kəşfiyyatı pandemiyanın yaranma səbəbi və mənbəyinə dair qənaətini paylaşıb. Bu barədə İngiltərənin “Daily Mail” nəşri məlumat yayıb.

İngiltərə kəşfiyyatının fikrincə, koronavirusun Çinin Vuhan şəhərindəki laboratoriyalardan yayıldığını hesab etməyə ciddi əsaslar var.

Kəşfiyyatın məlumatına görə, bu şəhərdə koronavirusun “sızmasına” münbit şərait olan ən azı iki laboratoriya mövcuddur. Bunlar Vuhan Virusologiya İnstitutu və Vuhan Xəstəliklərə Nəzarət Mərkəzinin nəzdindəki laboratoriyalardır. Dəqiq məlumdur ki, həmin laboratoriyalarda müxtəlif heyvanlar, o cümlədən də yarasalar üzərində virusologiya sahəsində eksperimentlər aparılıb. 

Lakin laboratoriyaların yaxşı mühafizə olunmaması və digər hansısa səbəblərdən virusun onların hüdudlarından kənara çıxaraq, yayılması baş verib.

İngiltərə kəşfiyyatının bu mövqeyi Çinin rəsmi qurumlarının etirazına səbəb olub. Çin bu məlumatların doğru olmadığını iddia edir.

Koronavirusun mövcudluğunu və yayılmağa başladığını xeyli vaxt gizlədən rəsmi Pekin əvvəlcə bu virusun mənbəyinin Vuhandakı vəhşi heyvan bazarı olduğunu, sonra həmin bazara kənardan gətirilərək, burada çoxalıb yayıldığını, daha sonra isə hətta onun amerikalı hərbçilər tərəfindən yoluxdurulduğuna dair müxtəlif versiyalar və iddialar irəli sürdü.

Bu arada mətbuata açıqlama verən amerikalı biotəhlükəsizlik eksperti, professor Riçard Ebrayt İngiltərə kəşfiyyatının qənaətilə üst-üstə düşən fikirlər səsləndirib. O, deyib ki, çinli alimlərin həmin laboratoriyalarda keçirdikləri eksperimentləri şəxsən izləyib və bu zaman təhlükəsizlik qaydalarına riayət olunmadığının şahidi olub. 

Mütəxəssis deyib ki, belə eksperimentlər təhlükəsizliyə dair 4-cü dərəcəli mühafizə səviyyəsi tələb etdiyi halda, Vuhandakı laboratoriyalarda bu səviyyə yalnız 2-ci dərəcəli olub. Həmin səviyyə isə yalnız minimal təhlükəsizliyi təmin edir və bu cür təhlükəli eksperimentlərə qətiyyən uyğun deyil.

Xatırladaq ki, bundan öncə də koronavirusun mənbəyinin Vuhandakı laboratoriyalar olduğuna dair məlumatlar və iddialar yayılmışdı. Hətta rusiyalı mütəxəssis Leonid Kaqanov hələ 2014-cü ildə amerikalı və çinli alimlərin bu virusun hazırlanması üzərində işə birgə başladığını bildirmişdi. O, qeyd edirdi ki, sonradan ABŞ hökumətinin qadağa qoyduğu bu eksperiment çinli alimlər tərəfindən Vuhanda davam etdirilib və 2015-ci ildə artıq öz “nəticəsini” verib.

Belə ki, alimlər insan üçün təhlükəli olmayan Çin yarasasından götürdükləri SHC014 koronavirusunu artıq həmin dövrdə bəşəriyyətə yaxşı məlum olan SARS virusuna köçürüblər. Bundan cəmi bircə il sonra insanlar arasında epidemiya yarada bilən təzə bir hibrid meydana çıxıb. Həmin hibrid də bu gün bütün dünyanın başına bəla olan koronavirusla eynilik təşkil edir.

L.Kaqanov bu hibridin məhz indiki koronavirus olduğu iddiası ilə çıxış etmişdi. İngiltərə kəşfiyyatının son araşdırmasının nəticələri isə həmin versiyanın doğrluluğuna dair qənaəti daha da gücləndirmiş oldu.

Yeri gəlmişkən qeyd edək ki, artıq xeyli müddətdir İngiltərənin Baş naziri Boris Conson da koronavirusa yoluxub. 10 günə yaxındır bu virusdan əziyyət çəkən baş nazirin temperaturu düşmədiyindən, onu xəstəxanaya yerləşdirməyə məcbur olublar.

Cəlal MƏMMƏDOV

“AzPolitika.info”   

635x100

Şərhlər

t.ədalət 2020-04-06 14:40:20

Bu virus bioloji silahdır,Rusiya,Çin və İran tərəfindən birgə layihədir.Məqsəd Yaxın Şərqdə Amerika və Türk hərbi qüvvələrini sıradan çıxarmaq olub.Tətbiqdən sopnra,yadınızdadır,Suriyada Rusiya tərəf xeyli Türkiyə əsgərini qətlə yetirdi.Hər şey də bundan sonra baş verdi.Virusa yoluxmuş yerli əhali yaxın ölkələrə və Avropaya miqrasiya etdi.Yəni həmin virusları özləri ilə daşıdılar.Çox çəkməyəcək,əsas işğalçı olan Rusiyanın bu virusla bağlı mövqeyi bəlli olacaq.Zalımı Allah məhv etsin!

Avtandil 2020-04-06 12:45:58

Bu Amerika Çin məhsulu olmağı inandırıı gəlir.

Son yazılar