Dünyada koronavirusdan ölənlərin sayı 70 mini ötdü
Baxiş sayı:
Dərc olunub:
06/04/2020 - 14:29
Dünyada koronavirus qurbanlarının sayı 70 182 nəfərə çatıb.
“Report” xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliya (15 887), İspaniya (13 055), ABŞ (9 267), Fransa (8 078) və Böyük Britaniyada (4 934) qeydə alınıb.
Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 300 000-ə yaxınlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 208 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.