TELERADİO ŞURASINA YENİ SƏDR SEÇİLDİ - Nuşirəvan Məhərrəmli də "vuruldu"

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan bildirilib ki, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

"AzPolitika.info" xatırladır ki, İ.Səttarov bir neçə gün öncə Teleradio Şurasının üzvü seçilmişdi. Bu təyinatdan sonra onun Milli Televiziya və Radio Şurasının sədri vəzifəsinə gətiriləcəyi ehtimal olunurdu. 

Məsələ ondadır ki, uzun illərdir MTRŞ-nın sədri vəzifəsini tutan Nuşirəvan Məhərrəmlinin tezliklə bu vəzifədən uzaqlaşdırılacağına şübhə qalmamışdı. Prezidentin keçmiş köməkçisi Əli Həsənovun yaxın dostu olan N.Məhərrəmlinin vəzifəsilə vidalaşması zaman məsələsi idi. 

Xatırladaq ki, bir neçə gün əvvəl Əli Həsənovun kadrlarından daha biri - Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli də vəzifəsindən azad olunmuşdu. 

"AzPolitika"  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar