Ruandada minlərlə insanın meyitinin axtarışlarına başlanıldı

Ruanda soyqırımının 26-cı ildönümündə minlərlə insanın meyitinin tapılması məqsədilə qazıntılara başlanılıb..

“Report” “Euronews”a istinadən xəbər verir ki, hökumətin qərarı əsasında 1994-cü ildə soyqırıma məruz qalmış minlərlə insan meyitinin atıldığı təxmin edilən su anbarı boşaldılır.

Məlumata görə, iki il əvvəl Kayonza bölgəsində su anbarı boşaldılandan sonra 51 meyit aşkarlanıb.

Bu il su anbarından 3 minə yaxı meyitin çıxarılacağı təxmin edilir.

Qeyd edək ki, 1994-cü il aprelin 6-dan iyulun 19-dək hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilər kütləvi şəkildə öldürülüb. Bu hadisə zamanı müxtəlif hesablamalara görə, təxminən 500 000 – 1 000 000 arası insanın həlak olduğu ehtimal edilir. Ölənlərin 70 faizi tutsilər idi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırım Ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb ordu, jandarma və İnteraham və İmpuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar