Menu

"Haqqı olan hər kəsə ödəniş olunacaq" - Sahil Babayev

07.04.2020, 18:01
"Haqqı olan hər kəsə ödəniş olunacaq" - Sahil Babayev

"Bəzən əmək müqaviləsi ilə işləyən şəxslər belə birdəfəlik ödəniş almaq üçün müraciət edirlər. Birmənalı şəkildə bilməliyik ki, dəstək sosial cəhətdən həssas təbəqəyə aiddir. Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə digər ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, gəlir mənbəyi olanların işsizliklə bağlı müraciət etməsi sadəcə işi ləngidir.

S.Babayev qeyd edib ki, məhz işsiz hesab edilən şəxslər üçün birdəfəlik ödəniş ediləcək:

"Son iki gün ərzində 10 minlərlə müraciət emal edilib. Qeydiyyata düşən və haqqı olan hər kəsə ödəniş olunacaq".

Şərhlər

qedir 2020-04-08 15:31:06

sagolun vallah bu hokmatan narazcilig edanlar bu olkanin dusmanlardi and olsun allaha halla bu dovvlatan 1 manat pul gormamisam amma baxiramki basqa dovltlara an yaxsi biz yasayiriq

omer 2020-04-08 08:54:09

ayibdie.senin qurumlarin haqq kesmekle mesguldur.sen nece haqdan danisirsan..nece selim bey elecede sen

Mirzeliyeva Samire 2020-04-07 22:43:25

Issizwm 2usagim var ozumde xesteyem

Bashirov Qarib 2020-04-07 21:14:08

Haqqın nə demək oldugunu anlamayan birisinin yekə- yekə Haqqdan danışması guluncdur.Adi dövrlərdə belə, insanları təqaudlərdən mərhum edən, xalqın sıgorta kapitalını, uşaq pullarını basıb yeyənlərin belə danışması absurddur. Verin uşaqların haqqını, ahılların haqqını,işsizlərin haqqını.

t.ədalət 2020-04-07 19:23:17

Əgər hər kəsə haqqı verilsəydi sən nazir ola bilməzdin.Hələ ....nazir olmağa haqqı necə çatar?

Vətənda. 2020-04-07 18:54:59

Sahil hansı haqla insanları haqsız adlandırlr.Onun özünün ağıllı olmasına özü şübhə yaradır.Bu ümumdünya təhlükəsi olduğunu anlamayan adam hansı haqla hansısa vətəndaşın yardıma haqqı olmadığını deyir? Sahil Babayevi həkimə gğstərmək vacibdir.Təsadüfi adamdan başqa nə gözləmək olar? ...Xahiş edirəm şərhin doğru və haqlı olduğunu nəzərə alıb gizlətməyəsiniz.Bəlkə kimsə anlaya bildi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol