Menu

Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb

07.04.2020, 22:03
Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb

Fransada koronavirusdan ölənlərin ümumi sayı 10 mini keçib.

APA TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Səhiyyə departamentinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.

O qeyd edib ki, martın 1-dən bəri koronavirusa yoluxanlar arasında 10328 ölüm qeydə alınıb: “Hazırda 30 minə yaxın insan xəstəxanalardadır. Son 24 saat ərzində koronavirus simptomları olan 305 xəstə xəstəxanalara qəbul edilib. 7.1 min nəfər reanimasiyadadır, onlardan 104-ünün yaşı 30-dan aşağıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol