Menu

ABŞ Prezidentinə yeni mətbuat katibi təyin edilib

08.04.2020, 20:36
ABŞ Prezidentinə yeni mətbuat katibi təyin edilib

Ağ Ev Keyli Makineninin ABŞ Prezidenti Donald Trampın mətbuat katibi vəzifəsinə təyin edildiyini rəsmən bəyan edib.

APA-nın TASS-a istinadla verdiyi xəbərə görə, Pentaqonun mətbuat xidmətinin rəhbəri Alisa Fərəh isə Strateji əlaqələr üzrə direktor təyin edilib.

Qeyd edək ki, K. Makineni bundan əvvəl D. Trampın 2020-ci ildə keçiriləcək prezident seçkilərində təbliğat kampaniyasının mətbuat katibi vəzifəsinə təyin edilib.

K. Makinenidən əvvəl ABŞ Prezidentinin mətbuat katibi vəzifəsində Stefani Qrişam çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol