Tovuzda şəhid ailələrinə və maddi vəziyyəti ağır olan şəxslərə yardım edildi – Qənirə Paşayevanın təşəbbüsü ilə

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva və bəzi tovuzlu ziyalılar Tovuz rayonunun 105 saylı seçki dairəsi ərazisində yaşayan 200-dən çox ailəyə, şəhid ailələrinə, tənha yaşayan yaşlı şəxslərə və koronavirus pandemiyası ilə bağlı maddi vəziyyətləri ağırlaşan ailələrə virusdan qorunmaq üçün tibbi ləvazimatlar və yardım göndərib.

Bu bardə “AzPolitika.info”-ya millət vəkilinin köməkçisi İlqar Kərimov məlumat verib. O bildirib ki, yardım koronavirus pandemiyasından qorunmaq üçün tibbi maska, spirt, gel və digər dezinfeksiyaedici vasitələrdən, həmçinin ərzaq paketlərindən ibarətdir. İ.Kərimov yardımların 200-dən çox şəhid ailəsi, aztəminatlı insanlara, eləcə də tənha şəxslərə çatdırıldığını deyib. O, yardım göstərilən ailələrlə maarifləndirici söhbətlər də apardıqlarını vurğulayıb, sakinlərə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyin öz səhhətləri üçün nə qədər vacib olduğunun izah edildiyini bildirib.

Millət vəkili Qənirə Paşayeva isə bu addımın Heydər Əliyev Fondunun başlatdığı böyük kampaniyadan örnək alınaraq atıldığını və davamlı olacağını bildirib. O, həmçinin 200-dən çox ailəyə göndərilən son yardımın çatdırılmasında onunla bərabər zəhməti keçən tovuzlu iş adamı Məhayət Nəbiyevə və tovuzlu ziyalı İlahə İsgəndərovaya təşəkkürünü bildirib.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bundan öncə 105 saylı Tovuz seçki dairəsinin ərazisində yerləşən 600-dək Qarabağ müharibəsi veteranı, Qarabağ əlili, şəhid ailələri, tənha yaşayan yaşlı şəxslərə və koronavirus pandemiyası ilə bağlı maddi vəziyyətləri ağırlaşan ailələrə virusdan qorunmaq üçün tibbi-gigiyenik vasitələr və ərzaq göndərmişdi. Bu dəstəklərin həyata keçirilməsində bəzi tovuzlu iş adamları və ziyalılar da millət vəkili ilə bərabər fəal iştirak ediblər. Q. Paşayeva onlara təşəkkür edərək imkanı və əmək haqqı yüksək olan insanların dünyada geniş yayılan və insanlarımız arasında da getdikcə yoluxma hallarının artdığı koronavirus pandemiyası ilə fəal mübarizə günlərində imkansız ailələrə daha çox dəstək olacaqlarına inandığını deyib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar