Menu

Koronavirusla bağlı son vəziyyət - FOTO

08.04.2020, 23:39
Koronavirusla bağlı son vəziyyət - FOTO

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 8-nə olan statistik göstəriciləri açıqlayıb. "Report" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 018 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 53 011 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 105 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 822 yoluxma aşkarlanıb. Onlardan 63-ü sağalıb, 8-si ölüb. Hazırda aktiv xəstə sayı 751-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol