Menu

İranda koronavirusdan ölənlərin sayı 4110 nəfərə çatıb

09.04.2020, 14:08
İranda koronavirusdan ölənlərin sayı 4110 nəfərə çatıb

İranda son sutka ərzində daha 117 nəfər koronavirusdan vəfat edib.

APA-nın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bununla da İranda koronavirusdan vəfat edənlərin sayı 4110 nəfərə çatıb.

Ölkədə 1634 yeni yoluxma faktı qeydə alınıb. Bu günədək İranda 66 220 nəfər koronavirusa yoluxub, onlardan 32 309 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan 3918 nəfərin vəziyyəti ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol