“Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ ki, xərclənməyib”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildrib.
İ.Məmmədov qeyd edib ki, hazırda vəsaitin xərclənməsi mexanizmi tam formalaşmayıb:
“Bu, xalq vəsaitidir. Ona görə də vəsaitin xərclənməsi zamanı şəffaflıq maksimum təmin olunacaq. Bununla bağlı komissiya yaradılacaq. Komissiyada alimlər, deputatlar, maliyyəçilər, iqtisadçılar olacaq. Həmin adamlar qərar verəcək ki, vəsait hara xərclənsin. Onlar həm də vəsaitin xərclənməsinə nəzarət edəcəklər. Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytında vəsaitin xərclənməsi bölümü var. O bölməyə vətəndaşlar daxil olub hər bir qəpiyin hansı istiqamətə xərcləndiyi haqqında məlumat ala biləcək”.
Qeyd edək ki, indiyədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110,847,432 manat yardım köçürülüb.


Şərhlər
Gözləyin,tələsməyin,Azərbaycan xalqı dözümlüdür,Qoy qarantin qurtarsın,Erməni kolsələrinə qaz.Notrdan kilsəsinə,Papa fonduna xərcləyərsiniz.i
Komissiya kimlərdən ibarət olacaq?Vətənin müdafiəsinə xidmətdən yayınan,hansısa sahədə heç bir qabiliyyət göstərməyənlərdən ibarət olacaq komissiyanın obyektiv olacağına inanmaq olarmı?