Menu

Müşfiq yolunda iki avtomobil toqquşdu, xəsarət alanlar var

09.04.2020, 22:30
Müşfiq yolunda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Müşfiq yolunda qeydə alınıb.

Belə ki, hadisə zamanı 1985-ci il təvəllüdlü Musayev Ceyhun Xanlar oğlu və 1992-ci il təvəllüdlü Hüseynzadə Mehman Eyvaz oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hər iki şəxsə kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiyaya yerləşdiriliblər. Musayev Ceyhunun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol