Menu

“Heç onu çəkməyə də ehtiyac yox idi” - Deputatdan biabırçı video ilə bağlı açıqlama

09.04.2020, 23:34
“Heç onu çəkməyə də ehtiyac yox idi” - Deputatdan biabırçı video ilə bağlı açıqlama

Sosial şəbəkələrdə Ana Vətən Partiyasının Bərdə rayon təşkilatı adından yaşlı insanlara çörək paylanılması barədə yayılan video birmənalı qarşılanmayıb. Partiyanın rayon təşkilat sədrinin bu təşəbbüsü tənqid edilib. Bildirilir ki, partiya təmsilçisinin 3 çörəyə görə yaşlı adamla bu cür davranışı etik deyil.

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən partiyanın sədri, deputat Fəzail Ağamalı ilə əlaqə saxlayıb. F. Ağamalı rayon təşkilat sədrinin belə addımından xəbərsiz olduğunu diqqətə çatdırıb: “Bu, həmin şəxsin öz təşəbbüsüdür. Niyyəti də o olub ki, yaşlı insanlar çölə çıxıb çörək almasın. Çünki onların çörəyə ehtiyacı var. İndi bu təşəbbüsə hərə bir cür don geyindirir. Hər halda niyyət 65 yaşdan yuxarı insanların evdə qalmasına çağırışdır. Sonradan gördüm ki, o video sosial şəbəkələrə qoyulub. Arzulamazdım ki, video sosial şəbəkələrə qoyulsun. Heç onu çəkməyə də ehtiyac yox idi”.


Şərhlər

Əziz 2020-04-10 08:24:20

Əldə qayırmaq partiyaların üzvləri elə bu cür olur. O ağsaqqalın yerinə olsa idim o çörəkləri bismillah deyib bu səviyyəsizin təpəsinə çırpardım.

Azərbaycan Ugrunda 2020-04-10 08:15:02

Burada ən pis olan odur ki, fezail adli duptat xalqdan oğurladığı çğrəyi minnətlə və biabırçı şəkildə özünə qaytarır. Sual var: görəsən fəzailin agsaqqalına bu qaydada " yardım " edilsəydi necə qəbul edərdi..

Elli 2020-04-10 00:00:40

malades

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol