Menu

“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Almaniyada tutuldu

10.04.2020, 10:32
“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Almaniyada tutuldu

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Azər Hüseynov Almaniyada bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

A.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol