Menu

Bu ölkədə ilk yoluxma hadisəsi qeydə alınıb

10.04.2020, 10:42
Bu ölkədə ilk yoluxma hadisəsi qeydə alınıb

Yəməndə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı COVID-19-a qarşı mübarizə Komitəsi adlı qurum yayıb.

Yəmənin şərqində yerləşən Xadramaut əyalətində ilk yoluxma faktı təsdiqlənib. Pasiyentin vəziyyəti sabit qiymətləndirilir.

Qeyd edək ki, 2012-ci il fevral ayının 27-də Səna şəhərində Yəmənin yeni prezidenti Əbdürəba Hadinin təntənəli inaqurasiya mərasimi keçirilib.

2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başlayıb. İranın dəstəklədiyi Əbdül Malek əl-Husinin başçılıq etdiyi silahlılar rəsmi Sananın siyasətinə qarşı qiyam qaldırıblar. Husilər Livan "Hizbullah"ı tərəfindən də dəstəklənirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol