Menu

“Ac insanların boğazına şərik olmağa haqqımız yoxdur” – Baş redaktor

10.04.2020, 11:35
“Ac insanların boğazına şərik olmağa haqqımız yoxdur” – Baş redaktor

“Dövlət həmişə mətbuata yardım edib. KİV-ə Dəstək Fondunun yaradılması, jurnalistlər üçün çoxmərtəbəli binaların inşası bunun bariz nümunəsidir. KİV-in inkişafı üçün konsepsiya mövcuddur. Bu isə o deməkdir ki, mətbuata dövlət yardımı gələcəkdə də davam edəcək”.

Bunları “Şərq” qəzetinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Bildirib ki, indiki həssas məqamda jurnalistlərin dövlətdən yardım ummağının əleyhinədir: “Dövlətin yükü çoxdur, dövlət minlərlə işsizi yedirməli, qayğılarını çəkib pandemiya üzündən işsiz qalan on minlərlə insana kömək etməlidir. Belə ağır vaxtda bir tərəfdən də biz jurnalistlər dövlətə yük olmamalıyıq”.

Mətbuatın dövlətin ən çox qayğı göstərdiyi sahələrdən biri olduğunu vurğulayan baş redaktor qeyd edib ki, əgər saytlar fəaliyyət göstərirsə, yazırıqsa, hər ay məvacib alırıqsa, niyə dövlətə yük olmalıyıq: “Əlbəttə, pandemiya üzündən hansısa KİV fəaliyyətini dayandırıb, hansısa jurnalist işsiz qalıbsa, ona yardım etmək olar. Lakin belə bir fakta rast gəlməmişəm. Bizimlə müqayisədə çox acınacaqlı durumda olan insanlar var. Ac insanların boğazına şərik olmağa haqqımız yoxdur”.

Şərhlər

t.ədalət 2020-04-10 17:23:23

Seymur müəllim, hökumətdən bəhrələnən yurnalistlərlə əsil,milli təəssübk Mənim tanıdığım,yəni Azərbaycan jurnalistikasının ağır sınaqlardan keçən,cəbhə xətti boyunca döyüş səngərlərini addımlayan jurnalistlərin heç birinə nə mənzil,nə də "əməkdar" ad verilməyib.Mətbuat şurasına başçılıq edənlər özləri və övladları cəbhədə Vətənə xidmət etməkdən yayınanlardır.Mükafat alan jurnalistlər,çətin ki Sizi eşidib "paylarından" yan keçsinlər.Unutmayaq ki,Vətən sevgisi olmayanların hansısa məsuliyyət hissi də olmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol