Hökumət Azərbaycanda tibbi maskaların qiymətinin 30 qəpikdən yuxarı olmamasına nəzarət edir.
Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, əhaliyə satılan tibbi maskaların qiyməti 30 qəpikdən baha olmamalıdır: “Xaricdən ölkəyə idxal edilən tibbi maskaların qiyməti 30 qəpikdən baha başa gəlir. Ancaq pandemiya dövrü üçün qiymət fərqini dövlət tibbi maska idxalçılarına ödəyir. Pandemiya ilə mübarizə dövründə bu qiymət fərqini dövlət ödəyəcək, dövlət bunu subsidiyalaşdırır”.


Şərhlər
Bu maska nədir ki,hələ subsdiya ayeılsın? 5-10 qəpiyə başa gələn maskanı dövlət (Türrkiyə kimi )yazıq edilmiş millətə pulsuz varə bilmir? Yoxsa oradan da otkat gözləyir? Nə nar orda 3-5 cm. cuna 10-15 sm ip!
30 qəp. çoooooooox bahadır.1 ay qabaq 10 qəp. satılırdı.
Bəs, özumuzun təmtəraqlı açılışını etdiyimiz maska seximiz nə oldu?Yozsa, o da getdi, velisoped zavodunun yanına? Ya da ki, indidən pul otkatının yolu fikirləşilir. Maska xaricidəm 5 qəpikdən də aşagı qiymətə idxal edilirdi, ta bunun nəyini subsidiyalaşdırıesınız,