Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası olub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər ərazisində motosiklet və "VAZ" markalı avtomobillər toqquşub.
Qəza zamanı 2 nəfər xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.


Şərhlər