Menu

Fuad Mayılov alay komandiri təyin olundu - Yol polisində yeni təyinat

11.04.2020, 19:10
Fuad Mayılov alay komandiri təyin olundu - Yol polisində yeni təyinat

Ekologiya postunun komandiri olub

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına yeni komandir təyin olunub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Fuad Mayılov bu vəzifəyə təyinat alıb. 

Qeyd edək ki, Fuad Mayılov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Ekoloji Nəzarət bölüyünün komandiri olub. Bir müddət əvvəl isə Sumqayıt Regional Qeydiyyat-İmtahan şöbəsinə rəis təyin olunub.

Xatırladaq ki, bir müddət əvvəl nazirin əmri ilə BDYPİ YPX Alayının komandiri polkovnik Balakişi Əhmədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol