Menu

Şirvanda jurnalist həbs edildi

13.04.2020, 12:03
Şirvanda jurnalist həbs edildi

Aprelin 12-də ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Şirvan Şəhər Polis Şöbəsidə onun internet xəbər portallarından birinin müxbiri, Hacıqabul rayon sakini İbrahim Vəzirov olması olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilmiş və 25 gün müddətində inzibati həbs edilib.

Şərhlər

Jurnalist 2020-04-13 12:27:06

Adamda jurnalist vəsiqəsi olduğu halda ona əlavə icazə təəb olunurmu? Birdə polisin tələbinin qanuni olduğu hansı qanunla tənzimlənir və konkret halda nədən ibarət olub?Bunlara da aydınlıq gətirilməlidir.Yoxsa Polisin hansı tələbinin qanuni və hansı hərəkətinin qeyri qanuni olduğu bəlli olmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol