Menu

Daha 20 min işsizə 190 manat verildi – Nazirlik yeni məlumat açıqladı

13.04.2020, 13:14
Daha 20 min işsizə 190 manat verildi – Nazirlik yeni məlumat açıqladı

İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min şəxsin birdəfəlik ödəmə ilə təmin olunması üçün vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib.

O qeyd edib ki, müraciət edən vətəndaşlara qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək: “Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edildiyi halda - istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər. Ödəmələrin verilməsi gündəlik davam edir”.

Xatırladaq ki, aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 55 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol