Azərbaycanda dövlətin demək olar bütün strukturlarıyla yanaşı, ayrı-ayrı ictimai qurumlar, təşkilatlar, sahibkarlıq subyektləri və hətta sıravi vətəndaşlar koronavirus epidemiyası ilə mübarizə işinə öz töhfələrini verməyə çalışırlar. Belə həssas və məsuliyyətli bir dönəmdə, sözsüz ki, Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin də mövqeyi, çağırışları, ümumiyyətlə prosesə fəal surətdə qoşulması olduqca vacibdir.
Türkiyə təcrübəsi göstərir ki, nüfuzlu din adamlarının və dini qurumların çağırış və tövsiyələri, başlatdıqları müxtəlif yardım kampaniyaları və s. dövlətin pandemiya ilə mübarizə işinə ciddi dəstək verə bilər. Əlbəttə ki, Azərbaycanda da dini qurumların və şəxsən Allahşükür Paşazadənin bu prosesdə daha fəal iştirakı gərəkdir. Bəs hörmətli şeyxin və onun rəhbərlik etdiyi qurumun hazırkı fəaliyyəti ölkədə mövcud olan duruma adekvatdırmı...
Milli Məclisin üzvü, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov özünün “Feysbuk” səhifəsində bu mövzu ilə bağlı dindar vətəndaşlarımıza, eləcədə Şeyxülislam Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya çağırış xarakterli müraciət ünvanlayıb. Deputat öz paylaşımında məşhur “91-lər”-dən olan professor Əjdər İsmayılovun Şeyxülislam Allahşükür Paşazadəyə və Mübariz Qurbanlıya müraciətini önə çəkərək, onun çağırış və təkliflərini yüksək qiymətləndirib və dəstəkləyib.
Qeyd edək ki, Ə.İsmayılov öz müraciətində indiki çətin günlərdə Həcc ziyarətinə ayrılmış vəsaitin ölkəmizdə olan kimsəsiz, xəstə, aztəminatlı vətəndaşlarımıza yardım üçün xərclənməsinə çağırıb: “Hörmətli Şeyx, hörmətli Sədr, bu il Həcc ziyarətinin qiymətinin 4490 ABŞ dolları müəyyən edildiyi və 1500-ə yaxın kvotanın ayrıldığı mətbuatdan hamımıza məlumdur. Zənnimcə, Vətənin və bəşəriyyətin belə ağır zamanında sizlər həmin zəvvarlara müraciət etsəniz, Həcc ziyarətinə ayrılmış o məbləğı belə ağır bir zamanda Vətəndə olan kimsəsiz, aztəminatlı, xəstə olub müalicəyə vəsaiti olmayanlara, ödənişə ehtiyacı olan tələbələrə, bir sözlə ehtiyacı olan insanlara tərəddüd etmədən belə ödəyərlər...”
Ə.İsmayılovun təşəbbüsünü dəstəkləyən Sadiq Qurbanov öz paylaşımında başda Qafqaz Müsəlmanları İdarəsi olmaqla, bütün müsəlmanları və digər inanc sahiblərini bu ağır zamanda dövlətimizin yanında olmağa, insanlarımızın bu bəladan xilas olmasına töfhə verməyə dəvət edib:
“Dəyərli dostlar, əziz müsəlman bacı-qardaşlarımız!
Bugünlərdə məşhur “91-lər” dən “Turan Araşdırma Mərkəzi” ictimai təşkilatının rəhbəri, hörmətli professor Əjdər İsmayılovun Qafqaz Müsəlmanları İdarəsinin sədri hörmətli Şeyxülislam Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Mübariz Qurbanlıya ünvanladığı müraciətini oxudum. Gözlərimin önündə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və imansız bir imperiyanın məhv edilməsi uğrunda can vermiş ilk qurbanlarımız olan 20 yanvar şəhidləri canlandı.

Həmin günlərdə təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yeri – Qafqaz Müsəlmanları İdarəsi olduğunu yaşxı xatırlayıram. Yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasimini təşkil edən hörmətli Allahşükür Paşazadə oldu. Başda şeyximiz olmaqla, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili, din xadimlərimizin nümayiş etdirdiyi mərdlik və fədakarlıq xalqımızın yaddaşından hələ də silinməyib. Bugünlərdə hər birimizə bəllidir ki, dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı mübarizə aparılır.
Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı məlum fərmanı həmrəyliyə çağırış kimi qəbul edərək dəyərli ziyalımız, professor Əjdər İsmayılovun Qafqaz Müsəlmanları İdarəsinin sədri hörmətli Şeyxülislam Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Mübariz Qurbanlıya ünvanladığı müraciətini yüksək qiymətləndir və öz təşəkkürümü bildirirəm.
Eyni zamanda, bu müraciətə hörmətli Mübariz Qurbanlının məlum cavabını da çox yüksək dəyərləndirirəm. İnanıram ki, hər zaman olduğu kimi, bu gün də ölkəmizdə başda Qafqaz Müsəlmanları İdarəsi olmaqla bütün müsəlmanlar və digər inanc sahibləri bu ağır zamanda Tanrının izni ilə dövlətimizin yanında olacaq, insanlarımızın bu bəladan xilas olmasına oz layiqli töfhələrini verəcəklər. Həzrət Əli buyurmuşdur: ”Vətəni sevmək imandandır”.”

Onu da bildirək ki, S.Qurbanovun da qeyd etdiyi kimi, Mübariz Qurbanlı öz sosial şəbəkə səhifəsində bu çağırışı dəstəkləyərək, yazıb: “Əvvəlki illərdən fərqli olaraq, bu il ziyarətlər üçün nəzərdə tutulan vəsaiti həmin şəxslərin ehtiyacı olan insanlara kömək məqsədi ilə sərf etmək imkanı yaranıb. Əminəm ki, inanclı, dindar insanlarımız İslam peyğəmbəri Həzrəti Məhəmmədin “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” – buyruğuna əməl etməklə, yaranmış bu imkanı savab qazanmaq naminə Vətənimiz və insanlarımız üçün xeyirxah əmələ çevirəcəklər...”
Allahşükür Paşazadədən hələlik heç bir reaksiya yoxdur...
Cəlal MƏMMƏDOV
“AzPolitika.info”

Şərhlər
Ay Sadıq bəy,Siz də,Allahşükür də bir Parlamentin "deputatısınız".Ehtimal ki,MM-in binasında iclaslarda görüşürsünüz və ya görüşə biərsiniz.Bu sözləri orada deyə,konkret cavab ala bilmirsiniz? Bunu saytda göstərməklə...
nezir qutularundan cixan pullar hara kimin cibine gedir haram haram xoslari olsun
belə müraciyyətlərin müəllifləri əvvəlcə özləri 4500 dollar qonşusuna verməli sonra isə başqasinin qazanina çuğundur məsləhət verməlidir
Burada bir əhvalat yadıma düşdü. "Molla hovuzda çimərkən boğulmaq həddinə gəlir və çabalamağa başlayır.Bunu görən ətrafdakılar toplaşıb əllərini uzadıb qışqırırlar:"ay molla ver əlini səni çıxaraq".Molla boğulmaqda davam edir.amma əlini uzatmır.ətrafdakılardan biri qışqırır:"Ay molla al əlimi".Molla o saniyə əlini uzadr,onu dartıb çıxarırlar.ətrafdakılar br şey anlamadıqlarından sonuncudan soruşurlar ki,bu necə oldu?.Şəxs cavab verir ki,Mollalar aldıqlarını verməzlər,amma almaqda mahirdirlər." İndi hörmətli vətəndaşlar bu moııadan nə istəyirsiniz?Adam öyrəşməyob axı!tt
Bu günlərdə Siyəzən rayonunda istər Sadiq müəllimin şəxs olaraq özü, istərsədə partiya olaraq tərəfdarları , seçicilərindən imkanlı şəxslər o cümlədən dindarlarımız Əl tutmaq Əlindən qalıb deyib aztəminatlı ailələrin yanındadırlar və əllərindən gələn köməkliyi əsirgəmirlər! #bizbirlikdəgüclüyük
Ay deputat, nüfuzlu deyirsən.Son illərdə Paşazadənin nüfuzu qalıb ki? Əməlləri çoxdan onu nüfuzdan salıb.Xəbətriniz yoxdur?
A.Şeyx Kavkaza! B.Həccə gedənlər(alverçi) də anti-türk-islam da ola bilir?
Yoldashlar duz deyir, ele 91-lerdin yashayanlarinda olan artiq pullar haca gedenlerin umumi pulundan develerle choxdur, goresen onlarin hansi bir feten evladina yardim edib. ...
AMEA DA NE QEDER AKADEMİKLERİMİZ VAR HER SAHE ÜZRE BUNLAR NİYE SUSUR NİYE OPERATİV QERARGAHDA ONLARIN HEÇ BİRİ YOXDUR XALQ BELA İLE ÜZBEÜZ QALIB BUNLAR HARADADIR
BİR ACA YARDİM ETMEK BİR İMKANSİZA EL TUTMAQ BÜTÜN ZİYARETLERİ EVEZ EDE BİLER ULU TANRİM VERMEYİ BACARAN KİMİ ALMAĞI DA BACARIR BUNDAN ÇETİN GÜNÜMÜZ DE OLACAQMI
Qəribədir,camaatın halal puluna əl uzadanlardan heç biri çapılıb-talanan təbii sərvətlərin adını çəkmirlər.Halbuki təbii sərvətlər xalqın haqqıdır,diqqət onu oğurlayanların üzərinə yönəlməlidir.
AMEA VE DİN XADİMLERİNİN SUSMASİ.............................
Inanclı insanların Həcc ziyarəti uçun topladıqları halal pula sərəncam verməyə şeyxin nə huquqi nə də mənəvi haqqı yoxdur. ..