Menu

Şəmkirdə ağır yol qəzasında məktəb direktoru ölüb

13.04.2020, 21:47
Şəmkirdə ağır yol qəzasında məktəb direktoru ölüb

Şəmkirdə baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, dünyasını dəyişən şəxslərdən biri rayonun Dəllər qəsəbəsi Zaur Abbasov adına tam orta məktəbin direktoru Eyvaz Vəliyevdir. Ölən digər rayon sakini isə Xəqani adlı şəxsdir.

***

Şəmkir rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb.

Qeyd edək ki, yol qəzası yük maşının ilə "NİVA" markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol